Argentina sahillərində 44 heyət üzvü ilə birlikdə sualtı qayıq yoxa çıxıb

Argentina Hərbi Dəniz Qüvvələrinin (HDQ) “San Xuan” hərbi sualtı qayığı ölkənin sahillərində yoxa çıxıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə HDQ-nin “Tvitter” səhifəsində deyilir. Sualtı qayığın göyərtəsində 44 heyət üzvü olub. Submarina Uşuaya limanından Mar del Plata şəhəri istiqamətində əlaqəyə çıxmağı dayandırıb. Təyyarələr və gəmilər onun axtarışına göndərilib. Sualtı qayıqla sonuncu dəfə çərşənbə günü əlaqə saxlanılıb. Bildirilir ki, submarinada yanğın və hansısa texniki nasazlıq baş verə bilər. “San Xuan” Almaniyada tikilib və 1985-ci ildə Argentina HDQ-nin tərkibinə daxil olub. Onun uzunluğu 66 metrdir.

DİGƏR XƏBƏRLƏR

Top