Ermənistanda fərarilər pul ödəyib ölkəyə geri qayıda bilərlər

Ermənistan parlamenti “Müəyyən edilmiş qaydanı pozaraq həqiqi hərbi xidmətdən keçməyən vətəndaşlar haqqında” qanuna dəyişiklikləri yekdilliklə qəbul edib. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qanuna dəyişikliklər əsasən, onun qüvvədə qalma müddətini uzatmaq məqsədilə aparılır. Dəyişikliklər, xüsusən ordudan boyun qaçıranlar üçün özünəməxsus amnistiyanı nəzərdə tutur. Söhbət Ermənistandan kənarda yaşayan 27 yaşına çatmış ölkə vətəndaşlarından gedir. Qanun onların ölkəyə qayıdaraq cərimə ödədikdən sonra cinayət təqibindən azad olunmasına imkan verəcək. Dəyişikliklərə əsasən, 1 dekabr 2017-ci il tarixinədək 27 yaşı tamam olmuş gənclər cinayət təqibinin dayandırılması üçün Ermənistana gələrək 3 milyon 600 min dram cərimə ödədikdən sonra ehtiyatda uçota dura bilərlər. Üstəlik ordudan yayınanın səlahiyyətli şəxsi də müvafiq ərizəni verə bilər. Qanun 31 dekabr 2019-cu il tarixinədək qüvvədə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top