Ölkə əhalisinin 14 faizə yaxını pensiyaçıdır

2017-ci il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 325,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edib. Onların 59,2 faizi yaşa, 29,4 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 203,7 manat təşkil edib və orta aylıq əmək haqqının 38,8 faizinə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top