10 milyon avro verən olsa, "Barcelona" Ardanı satacaq

"Barcelona" futbol klubu 41 milyon avroya transfer etdiyi Arda Turanın qiymətini müəyyənləşdirib. Əgər 10 milyon avroluq təklif gəlsə, klub Ardanı satacaq.

"El Mundo Deportivo" qəzetinin jurnalisti Sanz yazıb: "Ardanın klubdan dəqiq nə vaxt ayrılacağını söyləmək çətindir. Klub Arda Turan ilə işləmək istəmir. Bu vəziyyətdən Arda xəbərdardır. "Barcelona" maliyyə cəhətdən də heyətini düzəltmək istəyir. Arda ilə bağlı konkret təklif hələ daxil olmayıb".

Əgər kimsə kluba 10 milyon təklif etsə, Ardanı transfer edə bilər. Eyni zamanda klub uzunmüddətli kirayə müqaviləsinə də razıdır. olke.az

DİGƏR XƏBƏRLƏR

Top