Azadlığı üçün 1 milyard dollar verdi - Ərəbistanda

Səudiyyə Ərəbistanı hakimiyyəti antikorrupsiya kampaniyası çərçivəsində saxlanılanların bəzilərinə azadlığa çıxmaları qarşılığında aktiv və pul vəsaitlərini hökumətə verməyi təklif edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu vəziyyətlə tanış mənbələr deyib. Mənbələrdən bildirib ki, sövdələşmə daşınmaz əmlak və aksiyalar kimi aktivlərin satışını, eləcə də pul vəsaitlərinin miqdarını qiymətləndirmək üçün bank hesabları haqqında məlumatların üzə çıxarılmasını nəzərdə tutur. Qeyd edilir ki, bu cür sövdələşmə bağlandıqdan sonra saxlanılardan birinin hesabından onlarla milyon səudiyyə rialı çıxarılıb. Digər saxlanılan 4 milyard rial (təqribən 1 milyard dollar) dəyərində səhmləri hakimiyyətə verib.

DİGƏR XƏBƏRLƏR

Top