ABŞ komandanlığından Türkiyəyə S-400-lə bağlı xəbərdarlıq

Ankara Rusiyadan S-400 zenit-raket sistemlərini alacağı təqdirdə Türkiyənin NATO texnologiyalarına girişi məhdudlaşdırılacaq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin müşavir köməkçisi Haydi Qrant deyib. Onun sözlərinə görə, bundan başqa, sonrakı mərhələdə Türkiyənin F-35 tipli beşinci nəsil bombardmançı təyyarələrini alma və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər: “S-400 sazişi reallaşarsa, Türkiyə və NATO arasında əməkdaşlıq ciddi təsir görəcək. NATO strategiyası S-400 sistemləri ilə əməkdaşlığa icazə vermir”.

DİGƏR XƏBƏRLƏR

Top