Yığılan hər 100 manat sığorta haqqının 44 manatı ödənişlərə yönəldilib

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 99 min manat artaraq 307 milyon 302 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 15 milyon 222 min manat artaraq 158 milyon 900 min manata yüksəlib.

Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78 %-i könüllü, 22 %-i isə icbari sığorta növlərinin payına düşüb. fins.az

DİGƏR XƏBƏRLƏR

Top