Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. Bu barədə “Yeniavaz.com”a DGK-dan məlumat verilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində "Marlboro", "Parliament", "Kent", "Muratti" və "Winston" markalı cəmi 3000 ədəd siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top