İŞİD-in İraqdakı son postu alındı

Birgə əməliyatlar komandanlığı İraqın Ənbar vilayətinin qərbindəki Rava dairəsinin İŞİD terrorçularından tam azad olunduğunu elan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu birgə əməliyyatların komandanı Əbdüləmir Yaralla deyib. Onun sözlərinə görə, ordu və Haşdi Şaabi qüvvələri Rava dairəsini tam azad ediblər. Qeyd edilir ki, qoşunlar İraq bayrağını şəhərin mərkəzindəki binaların üzərində qaldırıb. ABŞ-ın rəhbərliyi altında İŞİD-lə mübarizə üzrə koalisiyanın hesablamalarına görə, terrorçular Suriya və İraqda nəzarət etdikləri ərazilərin 95 faizini itiriblər.

DİGƏR XƏBƏRLƏR

Top