Samuxdan Türkiyədə oxuyan övladının yanına gedən ailə ağır yaralandı, oğlu öldü

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı vəfat edib. Belə ki, Samux rayonunun Qarabağlılar kənd sakini, 1998-ci il təvəllüdlü Murad Etibar oğlu Allahverdiyevin yaşadığı evdə qaz sobası partlayıb. Nəticədə evdə yanğın baş verib. Yanğın zamanı xəsarət alan Murad və onun valideynləri xəstəxanaya yerləşdirilib.

M. Alllahverdiyev Türkiyədə yerləşdirildiyi xəstəxanada ölüb.

Onun meyiti ailəsinə təhvil verilib.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top