Mobil operatorların gəlirləri artıb


2017-ci ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1411,4 milyon manatlıq xidmət göstərib. Xidmətlərin 72,7 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,7 faiz artıb. Bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,1 faizi və ya 707,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayında xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top