Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb


Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb. Yaxınlarının verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O, doğulduğu qəsəbədə dəfn olunub.Report

DİGƏR XƏBƏRLƏR

Top