Şəki sakinini ilan sancıb

Şəkidə 50 yaşlı kişini ilan sancıb. Bu gün axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1967-ci il təvəllüdlü Qədim Rəcəb oğlu Səmədov ilan sancması xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan bildirilib ki, ilan Q. Səmədovu sol qolun bilək nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Q. Səmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.Apa

DİGƏR XƏBƏRLƏR

Top