"iPhone X" almaq üçün növbəyə dayandı - XƏSTƏXANALIQ OLDU

Rusiya paytaxtı Moskvada yeni "iPhone X" smartfonu almaq üçün üç gün növbədə dayanan şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.

Kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Rusiyada "ıPhone X" smartfonlarının satışına noyabrın 3-dən başlanılıb. Cihazın rəsmi dəyəri 64 GB və 256 GB modellər üçün müvafiq olaraq 79990 rubl (1373 dollar) və 91990 rubl (1580 dollar) təşkil edir. Report

DİGƏR XƏBƏRLƏR

Top