"Bəxt üzüyü 2" çəkildi

Məşhur Azərbaycan filmi “Bəxt üzüyü”nün davamı çəkilib. Bu barədə filmin ssenari müəlliflərindən biri və prodüseri, əməkdar artist Tahir İmanov məlumat verib. “Planet Parni iz Baku” komandasının birgə işi olan kinolayihənin adı “Bəxt üzüyü 2”dir.

Tahir və Cabir İmanovların ssenarisi əsasında, Ənvər Mansurovun quruluş verdiyi ”Bəxt üzüyü 2”nin çəkilişləri artıq başa çatıb. Filmin gələn il təqdim olunacağı nəzərdə tutulub.

Birinci filmin davamı olan yeni versiyada xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Firəngiz Rəhimbəyova, Rəfael Dadaşov və başqaları çəkiliblər. Tahir və Cabir İmanovlarla yanaşı “Planet Parni iz Baku” komandasının digər üzvləri olan Bəhram Bağırzadə və Azər Məmmədzadə də filmdə rol alıblar.

Seda rolunun ifaçısı da unudulmayıb. Uzun illərdir Amerikada yaşayan Firəngiz Rəhimbəyova Tahir İmanovun dəvəti ilə Bakıya gələrək filmə yenidən Seda roluna çəkilib. kulis.az

DİGƏR XƏBƏRLƏR

Top