Elşad Xose barəsində cinayət işi açıldı - RƏSMİ​


Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir. Binəqədi rayon Polis İdarəsindən Elşad Xosenin hazırda idarədə saxlandığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir. Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır. Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib. Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top