Ərdoğanın istefasını istədiyi şəhər meri vəzifəsindən getdi

Bursa şəhərinin meri Rəcəb Altepe vəzifəsindən istefa verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. Altepe keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb. O bildirib: “Partiyamız və liderimizə zidd gəlməyəcəyik, zərər də verməyəcəyik. Bizə uyğun olanı edəcəyik. Böhran vəziyyəti yaratmağa da cəhd etməyəcəyik. Bu şəraitdə ölkəmə xidmət etmək imkanının olmadığı aydındır. Mən də mer vəzifəsindən istifa verirəm. Alnımız ağ, başımız dikdir”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa, Ankara və Balıkesir şəhərlərinin merlərinin vəzifədən getmələrini istədiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top