Biləsuvarda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb

Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb. Rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən 80 tonluq pambıq tayalarından birində yanğın baş verib. İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb. Faktla bağlı araşdırmalara başlanılıb. Report

DİGƏR XƏBƏRLƏR

Top