Bakı-Quba yolunun kənarında kişi meyiti tapılıb

Bu gün günorta saatlarında Bakı-Quba yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində, yol kənarında kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin Şabran rayon sakini,1957-ci il təvəllüdlü Səfər Həmidov olduğu müəyyənləşdirilib. İkin ehtimala əsasən S. Həmidov ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top