Harvard Universiteti: Şimali Koreyada ölümcül çiçək və vəba xəstəliyi hasil edilir

ABŞ-ın Harvard Universiteti Şimali Koreya lideri Kim Çen In haqqında hesabat hazırlayıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda deyilir ki, K. Ç. Inın tapşırığı ilə Sibir xorasına bənzər müxtəlif kimyəvi silahların hazırlanması üzərində iş aparılır. Həmin silahlar mümkün müharibədə istifafə edilmək üçün hazırlanıb və saxlanılıb. Hesabatda qeyd edilir ki, Şimali Koreyanın 13 müxtəlif bioloji silahı var: “Hazırlanan ölümcül çiçək və vəba xəstəliyi yayan kimyəvi maddələrdən ibarət bir neçə şüşə on minlərlə insanın ölümünə səbəb ola bilər”.

DİGƏR XƏBƏRLƏR

Top