Saatlı və Biləsuvar pambıq yığımında öndədir SİYAHI

Oktyabrın 23-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 119 min 740,27 ton məhsul təhvil verilib. "Yeniavaz.com" Kənd Təsərrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, son 2 gün ərzində - oktyabrın 21-i və 22-də 8 min 565,64 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 23-dək 18 min 419,40 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

Pambıq tədarükünə dair oktyabrın 23-nə olan operativ məlumatı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top