Putin XİN başçısının müavinini işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin Aleksey Meşkovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, V. Putin bu barədə müvafiq fərman imzalayıb. Prezidentin imzaladığı digər fərmana əsasən, Dmitri Pankin xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. O da bildirilir ki, A. Meşkov başqa işə keçidlə bağlı vəzifəsindən azad edilir.

DİGƏR XƏBƏRLƏR

Top