Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

HADİSƏ

Qazax sakinindən 6 kiloqram narkotik vasitə götürülüb

23.10.2017 12:45

Ötən gün Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə 6 kiloqrama yaxın narkotik vasitə götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mercedes” markalı avtomobili saxlayıblar. Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb. Avtomobili idarə edən və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib. Ekspertiza bağlamada olan narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.Apa

Oxundu 1368

© 2017 - NSPSOLUTIONS