Ağdaşda yanğın olub

Dünən Ağdaş rayonunun Ərəbocaq kəndində 1969-cu il təvəllüdlü Baxışov Ramazan Salman oğluna məxsus tövlədə yanğın olub. Nəticədə tövlənin 200 m2 hissəsi və tövlədə olan 1000 bağlama otdan 700 bağlaması yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır. Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top