Dəm qazının növbəti qurbanı

Mingəçevir şəhər sakini 1959-cu il təvəllüdlü Cəbrayılova Rahilə Məhəmmədiyə qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.

“Yeniavaz.com” xəbər verir ki, hadisə Bakı şəhərində baş verib. Belə ki, Rahilə Cəbrayılova Bakı şəhəri “20 Yanvar” küçəsində kirayə yaşayan qızının evində hamamda çimərkən dəm qazından zəhərlənib.

Qeyd edək ki, mərhumə Mingəçevirdə aptekində əcazçı işləyirdi.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top