Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

İQTİSADİYYAT

“Baku Bus” 55 milyon manat zərər edib

23.10.2017 09:42

“Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226,143 mln. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.

Son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq 48,177 mln. manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18,049 mln. manata düşüb.

2016-cı ildə “Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12,629 mln. manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28,39 mln. manat (82,1% çox), inzibati xərcləri 4,484 mln. manat (64,8% çox), məzənnə fərqindən zərəri 31,862 mln. manat (55% az), maliyyə xərcləri 2,49 mln. manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54,638 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır.

“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlət şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.

Xatırladaq ki, “Baku Bus” 2014-cü ildə yaradılıb. Dövlətə məxsus şirkət Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. Report

Oxundu 199

© 2017 - NSPSOLUTIONS