Mingəçevirdə bərbər iş yerində öldürülüb

Mingəçevir şəhər sakini amansızlıqla qətlə yetirilib. "Yeniavaz.com" saytının xəbərinə görə hadisə bu gün şəhərin İ.Qayıbov 2. küçəsindəki bərbərxanada qeydə alınıb. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 20 dən çox bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib. Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəmnində törədildiyi bildirilir. Eldar Abbasovun subay olduğu, Pərviz Məmmədovun isə ötən il evləndiyi və bir uşaq atası olduğu bildirilir. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top