Sementin qiyməti kəskin bahalandı - RƏSMİ MƏLUMAT

Ötən ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayında xaricdən idxal edilən sementin miqdarı kəskin şəkildə azalıb. İdxal olunan sementin gömrük dəyəri isə kəskin şəkildə artıb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin yanvar-sentyabr ayında ölkəyə 334,9 min ton sement idxal edildiyi halda bu ilin yanvar-sentyabr aylarında bu göstərici 15,4 dəfə azalaraq 21,7 min tona kimi azalıb. Əvəzində isə idxal olunan sementin gömrük dəyəri 4,7 dəfə artıb. Belə ki, ötən ilin ilk 9 ayında xaricdən gətirilən sementin 1 tonu 45,9 dollar (78 manat) olduğu halda, bu ilin ilk 9 ayında idxal olunan sementin 1 tonu 217,5 dollar (369,7 manat) olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda bu ilin ilk 9 ayı ərzində 2 milyon 111,9 min ton sement istehsal olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,6% çox olub.

DİGƏR XƏBƏRLƏR

Top