Kabildə terrorçu məsciddə özünü partladıb: azı 30 ölü

Əfqanıstanın paytaxtı Kabildə məsciddə intiharçı-terrorçu özünü partladıb. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, terror hücumu Kabilin qərbində şiələrin ibadə üçün getdikləri Zaman məscidində baş verib. Hücum əsnasında məscidin daxilində ibadət edənlər olub. Hadisə şahidlərinin sözlərinə görə, namaz vaxtı törədilən terror aktı nəticəsində məsciddə 30-dan çox ölü və yaralı var.

DİGƏR XƏBƏRLƏR

Top