Gələn ilin dövlət büdcəsi artırılır

"Azərbaycan Respublikasının 2018-ci ilin Dövlət büdcəsi haqqında" qanun layihəsi açıqlanıb. "Yeniavaz.com" Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2017-cı ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 766 milyon manat, xərcləri isə 17 milyard 941 milyon manat təsdiq edilib. Beləliklə büdcənin gəlirləri 20%, xərcləri isə təxminən 16,5% artırılır.

2018-ci ilin dövlət büdcəsi kəsirinin yuxarı həddi 778 milyon 700 min manat məbləğində nəzərdə tutulur. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 749 milyon 700 min manat və Avropa Birliyinin qrantından daxilolmalar 29 milyon manat hesabına həyata keçiriləcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 14 milyard 127 milyon 300 min manat məbləğində mnəzərdə tutulur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə 9 milyard 216 milyon manat transfert nəzərdə tutulur. Bu, 2017-cı ildə nəzərdə tutulandan 51% çoxdur. 2017-cı ilin dövət büdcəsinə Neft Fondundan 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub.

.

DİGƏR XƏBƏRLƏR

Top