9 ayda ölkəyə 114 milyon dollarlıq siqaret, 142 milyon dollarlıq dərman gətirilib

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 971,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 136,3 milyon dolları buğdanın, 91,4 milyonu meyvə-tərəvəzin, 124,4 milyon dolları şəkərin, 99,6 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə buğda idxalı 33,4%, şəkər idxalı 16,4%, meyvə-tərəvəzin idxalı isə 9,7% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 9 ayı ərzində müvafiq olaraq 114,6 və 142,6 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 4,1% azalıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 2,8% artıb.

DİGƏR XƏBƏRLƏR

Top