Xarici ticarətdə ixracın həcmi kəskin azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 14 milyard 321 milyon 538,8 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-avqust aylarına nisbətən 7,9% azalıb. İdxal əməliyyatları üzrə 6 milyard 177 milyon 594,8 min dollar (2016-cı ilin yanvar-avqust aylarına nisbətən 0,4% artım), ixrac əməliyyatları üzrə 8 milyard 143 milyon 944,1 min dollar (2016-cı ilin yanvar-avqust aylarına nisbətən 13,4% azalıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsində 1 milyard 966,3 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top