"Qeyri-neft sektoru 3%-dək böyüyüb, amma bu artımın büdcəyə töhfəsi olmayıb"

"Dövlət büdcəsinin icrasına dair 9 ayın nəticələrinə görə büdcə gəlirləri 2016-cı ilin eyni dövrünə nisbətən 1.9 milyard manatdan çox artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun büdcə ödəmələri 18 milyon manat azalıb". "Yeniavaz.com" xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, büdcə artımının 1 milyard 40 milyon manatı Neft Fondunun transfertlərinin, 316.5 milyon manatı neft sektorunun ödəmələrinin, 250 milyon manatı Mərkəzi Bankın transfertlərinin, 297 milyon manatı isə gömrük sisteminin sayəsində mümkün olub: "Ötən ilə nisbətən neftin orta qiymətinin 10 dollardan bir qədər yüksək olması kifayət edib ki, dövlət büdcəsi neft sektorununu hesabına 1.5 milyard manat böyüyə bilsin. Rəsmi statistikaya görə, qeyri-neft sektoru 3%-dək böyüyüb, amma bu artımın büdcəyə töhfəsi olmayıb".

DİGƏR XƏBƏRLƏR

Top