Qətər xarici əmanətlərindən 20 milyard dolları ölkəyə qaytarıb

Qətər hakimiyyəti qonşu ölkələrin Dohaya qarşı tətbiq etdiyi embarqonun iqtisadi fəsadlarını yüngülləşdirmək üçün xarici əmanətlərindən 20 milyard dolları ölkəyə qaytarıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Qətərin maliyyə naziri Əli Şərif əl-Əmadi deyib. Onun sözlərinə görə, ölkədən 30 milyard dollar həcmində kapital çıxdıqdan sonra bank sektorunun likvidliyini təmin etmək, zəruri buferi qurmaq üçün Qətərin Suveren Fondunun depozitlərindən istifadə edilib. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri və nəqliyyat əlaqələrini dayandırdıqdan sonra ölkədən kapital çıxarılışı baş tutmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top