Raqqanın azad edilməsində öldürülən terrorçuların sayı açıqlandı

Suriyanın Raqqa şəhəri İŞİD terror təşkilatından azad edilərkən təxminən 6 min silahlı məhv edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin İŞİD-lə mübarizə üzrə koalisiyada xüsusi nümayəndəsi Brett Makqerk özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, şəhər azad edilərkən bir çox silahlı təslim olub: “Bir vaxtlar zalım olan terrorçular indi acizdirlər”. Koalisiya oktyabrın 17-də bəyan etmişdi ki, Raqqanın təqribən 90 faizi İŞİD-dən azad edilib, daha 100-ə yaxın silahlı hələ şəhərin ayrı-ayrı rayonlarında qalıb.

DİGƏR XƏBƏRLƏR

Top