Kataloniya böhranı İspaniyaya 12 milyard avroya başa gələ bilər

Kataloniya böhranı 2018-ci ildə İspaniyanın ümumi daxili məhsulunun (ÜDM) 12 milyard avrosunun itirməsinə gətirib çıxara bilər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fiskal məsuliyyət üzrə müstəqil orqandan deyiblər. Bildirilir ki, ölkə ÜDM-i gələn il 0,4-1,2 faiz bəndi azala bilər, bu da böhranın nə qədər davam edəcəyindən asılı olaraq 4-12 milyard avroya bərabər itkidir. Qeyd edilir ki, Kataloniya İspaniya ÜDM-nin təxminən 20 faizini təşkil edir. Xatırladaq ki, oktyabrın 1-də Kataloniyanın İspaniyanın tərkibindən çıxması haqqında səsvermə keçirilib. Səs verənlərin 90,18 faizi müstəqilliyin tərəfdarı olublar.

DİGƏR XƏBƏRLƏR

Top