Hansı rayonda nə qədər pambıq yığılıb? SİYAHI

Oktyabrın 18-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 99 min 619,50 ton məhsul təhvil verilib. "Yeniavaz.com" Kənd Təsərrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, bir gündə 3140,53 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 18-dək 15 min 971,40 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

Nazirlik ayrı-ayrı rayonlar üzrə pambıq tədarükünə dair oktyabrın 18-nə olan operativ məlumatı təqdim edib:

DİGƏR XƏBƏRLƏR

Top