27 ildən sonra bu ölkədən İraqa uçuşlar bərpa edildi

İraq və Səudiyyə Ərəbistanı 27 il əvvəl dayandırılmış hava nəqliyyatını bərpa ediblər.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Nəqliyyat Nazirliyinin bəyanatında deyilir. Nazirlikdən bildiriblər ki, hər iki tərəf hava nəqliyyatının təşkili, yerüstü xidmətlərə xidmət göstərilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bu gün son 27 ildə ilk dəfə Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkətinin təyyarəsi Bağdad aeroportuna eniş edib. “Flynas” aviaşirkətinin İraqın müxtəlif regionlarına reyslər həyata keçirəcəyi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top