"Yol polislərinin nömrələrə çəkdiyi defislər silinir"

"Fuad Tofiqoğlu adlı bir vətəndaş deyir ki, avtomobilinin nömrələrindəki defisləri düzəltmək üçün Dövlət Yol Polisi əməkdaşından kömək istəyib. Həmin defisləri adi markerlə qaralayıblar". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"Fuad bəy gəlmişdi yanıma və özüm yoxladım ki, həmin "boya" barmaqla tam silindi. Ona görə də bu problemi olan sürücülərin diqqətinə çatdırmaq istəyirəm ki, həmin defislərin dayanıqlı, silinməyən, pozulmayan boya ilə rənglənməsini tələb edin. Əgər kömək istədiyiniz Dövlət Yol Polisi əməkdaşında belə boya yoxdursa, başqa yerə gedin. Əgər diqqət etsəniz nömrələrdə həmin defislər ştamplanıb, sadəcə, rəngi ağ qalıb. Onu özünüz də qaralda bilərsiniz və ya istənilən ustaya, hətta dəmir qapı, barmaqlıq (reşotka) düzəldən ustaya da yaxınlaşıb asanlıqla bunu edə bilərsiz. Defisləri istənilən qara boya və lakla qaraltmaq olar, sadəcə, fikir verin ki, bu silinən və ya yuyulan olmasın. Adi dəmir boru boyası ən əla vasitədir",-deyə ekspert bildirib.

DİGƏR XƏBƏRLƏR

Top