Rusiyalı ekspert: SSRİ-nin dağılmasından yalnız Azərbaycan uddu

SSRİ-nin dağılmasından yeganə qazanan ölkə Azərbaycandır.

“Yeniavaz.com”un “Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası ilə işlər və həmvətənlərlə əlaqələr üzrə komitənin sədrinin birinci müavini, MDB ölkələri institutunun direktoru Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Azərbaycan 1990-cı il səviyyəsini rəsmi olaraq ötən yeganə ölkədir: “Lakin bu da yalnız neft və qaz hasilatı hesabına baş verib”.

Ekspert bildirib ki, bu “yastıq”dan məhrum olmuş qalan bütün ölkələr şübhəsiz ki, inkişafda çox güclü yavaşıyıblar: “Bütün cəhətlərdən çiçəklənən ölkə olan Ukrayna hazırda ümumi daxili məhsul baxımdan əvvəl etdiyinin yarısını güc-bəla ilə çıxardır”. K. Zatulin qeyd edib ki, Rusiya SSRİ-nin dağılmasına görə həm siyasi, həm də iqtosadi cəhətdən uduzub.

DİGƏR XƏBƏRLƏR

Top