Honq Konqda 16251, Qahirədə 300, Bakıda isə 643 dollar

Paytaxt Bakının kənar məhəllələrində mənzillərin bir kvadratmetrinin satış qiyməti orta hesabla 643 dollara bərabərdir. "Yeniavaz.com" dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayınlayan nüfuzlu "numbeo.com" saytına istinadən bildirir ki, şəhər kənarında (3-cü zona) yerləşən mənzillər region ölkələri arasında ən yüksək qiymətə Moskavada (Rusiya) satılır. Şimal qonşumuzun paytaxt şəhərində kənar məhəllərində mənzillərin bir kvadratmetrinin satış qiyməti orta hesabla 2565 dollar təşkil edir. Məlumata görə, Belarusun paytaxtı Minskdə bu göstərici 1043 dollara, İranın paytaxtı Tehranda 1032 dollara, Qazaxıstanın paytaxtı Astanada 891 dollara, Ukraynanın paytaxtı Kiyevdə isə 731 dollara bərabərdir. Regionda mənzillərin ən ucuz olduğu şəhər Gürcüstanın paytaxtı hesab olunur. Gürcüstanın paytaxtı Tbilisi şəhərinin kənar məhəllələrində yerləşən mənzillərin bir kvadratmetrinin orta qiymət 558 dollara bərabərdir. Digər ölkələrə gəldikdə isə qeyd edək ki, Ankarada (Türkiyədə) mənzillərin bir kvadratmetrinin orta qiymət 607 dollara, İrəvanda (Ermənistan) isə 620 dollara bərabər olub.

Ümumiyyətlə isə dünyada şəhər kənarında yerləşən mənzillər ən baha qiymətə Honq Konqda satılır. Bu şəhərdə mənzillərin bir kvadratmetrinin orta qiymət 16 251 dollar həddindədir. Ən ucuz mənzillər isə Misrin paytaxtı Qahirədə satılır. Qahirədə mənzillərin bir kvadratmetrinin orta qiymət 300 dollara bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top