17 ana ölüb - Azərbaycanda

"Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb".

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. Report

DİGƏR XƏBƏRLƏR

Top