Suriya ordusunun məşhur generallarından biri İssam Zəhrəddin minanın partlaması nəticəsində həlak olub.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, son 3,5 ildə Dəyr əz-Zurun müdafiəsinə görə cavabdehlik daşıyırdı. General Saker adası ərazisində həlak olub. İ. Zəhrəddin Suriya böhranının başlanğıcında respublika qvardiya dəstələrinə başçılıq edib və Dəməşq ətrafındakı məhəllələrdə keçirilən əməliyyatlara başçılıq edib.