Ağdaş İstək Liseyində yeyinti sənayesi sərgisi keçirilib

Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş İstək Liseyinin birgə təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik Günü münasibəti ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" adlı yeyinti sənayesi sərgisi keçirildi. Tədbirdə İSTƏK Liseyinin direktoru Samir Şəmiyev, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının (AGTMŞ) sədri Şahin Seyidzadə, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk olaraq "Aznar", "Azqranata", "Qəbələ Konserv zavodu", "Bərdə yağ-pendir zavodu", "Ağdaş yem zavodu", "Ağdaş çörək zavodu", "Orelay şirkəti" və "Dəniz mebel fabriki" istehsal etdikləri məhsullarla yaxından tanış oldular. Ağdaş İstək Liseyinin müdiri qonaqları salamladıqdan sonra 18 oktyabr Müstəqillik Günü münasibətilə onları təbrik etdi. Çıxışlarda qeyd edildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurub. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənib. Bu gün də müstəqillik yollarında Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikası günü-gündən güclənir, bütün sosial sferalarda böyük uğurlara imza ataraq, irəliyə uğurla addımlayır. Sərgidə iştirak edən şirkət, fabrik və zavod rəhbərləri "İstək" liseyinin serfikatları ilə təltif olundu. Daha sonra tədbir liseyin şagirdlərinin ifasında şeir və konsert proqramı ilə davam etdirildi. Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top