Dabaq xəstəliyi aşkar edilməyib

Mingəçevir Baytarlıq İdarəsi bugünlərdə iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı aparılan tədbirin mütəşəkkil həyata keçirilməsi üçün əməkdaşlarını şəhər ətrafı qəsəbələrə ezam edib. Həyətlərində, fermalarda mal-qara saxlayan əhali ilə də söhbətlər aparılıb. "Yeniavaz.com" saytına məlumat verən Mingəçevir Şəhər Baytarlıq İdarəsinin rəis müavini Məmmədov Məhəmməd son zamanlar heyvanlar arasında dabaq xəstəliyinin alovlanması bizi də hərəkətə keçirib dedi: "Mart ayından dabaq əleyhinə istər iri buynuzlu, istər xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə işlərinə başlanılıb. Onu da deyim ki, Mingəçevir şəhərində hazırda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir. Şəhər ərazisində olan bütün iri və xırda buynuzlu heyvanların, hətta itlərin də siyahısı bizdə var. Mal-qarası olan əhali və sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün bizə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər. Bu gün 17 baş iri buynuzlu, 50 baş xırdabuynuzlu heyvanlar dabaq əleyhinə vaksin edilib. Bu işlər demək olar ki, hər gün davam etdirilir. Satış üçün bölgələrdən gətirilən heyvanlar sanitar ekspertiza labaratoriyasında müayinədən keçirilir, tempraturu olan heyvanlar satışa buraxılmır. Onu da deyim ki, tək dabağa qarşı yox, istər qarayara, istər brusellyoz, istər quduzluq xəstəliyi olsun, quşlar arasında taun əlehinə tədbirlər tərəfimizdən mütəmadi olaraq görülür. Mingəçevirdə bu günə qədər yoluxucu xəstəlik müşahidə olumayıb".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top