Mingəçevir 1 saylı məktəbdə Müstəqillik Günü qeyd olunub

Bu gün Mingəçevir 1 nömrəli tam orta məktəbdə 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. Tədbirin təşkilatçısı və məktəbin tarix müəllimi Füzuli Əhmədov bildirib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq, 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa edib, özünün suverən dövlətini yaradıb: "Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu.

Daha sonra məktəbin şagirdlərinin ifasında Milli Müstəqillik Gününə həsr edilmiş kompozisiya nümayiş etdirilib. Şagirdlər hazırladıqları nümunələri böyük ustalıqla tədbir iştirakçılarına çatdırıblar.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Könül Hüseynova da tədbirin əhəmiyyətindən danışıb.

Şagirdlərin şən musiqi və rəqs nömrələri tədbiri daha da rəngarəng edib. Məktəbin direktoru Aynur Rəsulova tədbirin təşkilatçılarına və şagirdlərə minnətdarlıq bildirib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top