Türk pomidorunun rus bazarına çıxacağı tarix açıqlandı

Moskva və Ankara türk pomidorlarının Rusiya bazarına tədarük edilməsi haqqında prinsipial razılığa gəlib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Akeksandr Novak deyib. Onun sözlərinə görə, razılaşmaya əsasən, dekabrın 1-dən Türkiyənin dörd müəssisəsi Rusiya bazarına 50 min ton həcmində pomidor tədarük edəcək: “Bunu həyata keçirmək üçün hazırda normativ-hüququ baza hazırlanır. Bu məqsədlə normativ-hüquqi bazaya dəyişikliklər edilməlidir və hazırda bu cür sənədlər razılaşdırılır”.

DİGƏR XƏBƏRLƏR

Top