Rusiyada azadlıqdan məhrum edilmiş erməni biznesmen öldü

Rusiyada 4 il müddətinə azadlıqdan məhrum edilmiş erməni biznesmen Levon Ayrapetyan vəfat edib.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu biznesmenin vəkili Samvel Karaxanyan deyib. Onun sözlərinə görə, L. Ayrapetyan son bir neçə ayı cəzasını çəkdiyi Mordoviyada koloniyanın xəstəxanasında keçirib: “Ayrapetyanın onkoloji, ürək, böyrək daxil olmaqla, bir neçə ciddi xəstəliyi olub”.

Xatırladaq ki, L. Ayrapetyan 2016-cı ilin aprelində Rusiyada Başkiriyadan olan keçmiş senator İqor İzmestyevin anasından 700 min dollar oğurludağına görə 4 il azadlıqdan məhrum edilib. Belə ki, o və vəkili Sergey Antonov 2010-cu ilin iyun-avqust aylarında eks-senatorun anasını aldadaraq 700 min dollar qarşılığında oğluna daha yüngül cəza verilməsinə çalışacaqlarını vəd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top