Gömrük Komitəsi sonuncu hesabatını niyə açıqlamır?

Məlum olduğu kimi, Dövlət Gömrük Komitəsi hər ay xarici ticarətin vəziyyəti barədə aylıq arayışlar - hesabatlar açıqlayır. "Yeniavaz.com" xəbər verir ki, hər ay mütəmadi olaraq açıqlanan hesabatlar hər ayın 2-ci ongünlüyünün əvvəlinə təsadüf edir. Gömrük Komitəsi ötən ay xarici ticarətin vəziyyəti barədə aylıq arayışı 12 sentyabr tarixində açıqlayıb. Avqust ayındakı hesabat ayın 11-də, iyul, iyun, may aylarındakı hesabatlar isə ayın 10-da açıqlanıb. Lakin, bu ay açıqlanmalı olan hesabat ikinci ongünlüyün başa çatmasına 2 gün qalsa da ictimaiyyətə təqdim olunmayıb.

Məlumat üçün onu da qeyd edək ki, qonşu Gürcüstanın Gömrük Xidməti aylıq hesabatları hansı tarixdə açıqlayacağını ilin əvvəlindən bəyan edir. Bu ölkədə yanvar ayının əvvəlindən hər kəs dekabr ayının hesabatlarının hansı tarixdə açıqlanacağını bilir.

DİGƏR XƏBƏRLƏR

Top