İsrail Suriyada İranın hərbi bazalarının olmasına imkan verməyəcək.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Təl-Əvivdə keçirdiyi görüşdə deyib. Bildirilir ki, görüşdə hər şeydən əvvəl İranın Suriyada hərbi baza qurmaq cəhdləri müzakirə edilib. B. Netanyahunun sözlərinə görə, İran başa düşməlidir ki, İsrail buna imkan verməyəcək.